"Fənərbaxça"dan ayrılan Tolqay Arslan karyerasını İtaliyada davam etirəcək.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu A Seriya təmsilçisi "Udineze" ilə razılığa gəlib. O, tezliklə tibbi müayinədən keçib, komandaya qoşulacaq.
2019-cu ilin yanvarında "Beşiktaş"dan "Fənərbaxça"ya keçən Tolqay "sarı-lacıvərdli" formada 33 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi