"Krasnodar" futbol akademiyasının yetirməsi olan Ruslan Pidlisnyakın "Sabah"a keçmək ehtimalının olması barədə xəbər vermişdik.
Sportal.az saytının məlumatına görə, Masazır təmsilçisi Rusiyada doğulan, amma əslən azərbaycanlı olan hücumçu ilə müqavilə imzalamaq istəyir. Pidlisnyak dünən gecə Bakıya gəlib. "Sabah"ın onunla bu gün müqavilə imzalayacağı gözlənilir.
"Krasnodar" futbol akademiyasının yetirməsi olan hücumçu bu klubdan əlavə "Maşuk KMV"də çıxış edib.