Polşa Ekstraklasasında 8-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Mahir Emrelinin komandası "Legiya" "Qurnik"i qəbul edib və qalib gəlib - 3:1. Mahir matçın 46-cı dəqiqəsində Tomaş Pekhartın əvəzinə meydan daxil olub.
O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. Bu, Emrelinin Polşa çempionatında ilk qoludur. 24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa super kubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.
"Legiya" bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi