"Şaxtyor"un çempionluğu rəsmiləşdi

Belarus Premyer Liqasında cari mövsümün qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Şaxtyor" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Soliqorsk təmsilçisi buna XV turdan təxirə salınmış oyunda "Qomel"ə 3:2 hesabı ilə qalib gəlməklə nail olub. Xallarını 68-ə çatdıran kollektiv ən yaxın izləyicisi BATE-ni 10 xal qabaqlayır. Üstəlik, "Şaxtyor"un ehtiyatda təxirə salınmış daha bir oyunu var.

"Şaxtyor"un ardıcıl 2-ci, ümumilikdə isə 3-cü çempionluğudu.

Tarix: 28 Oktyabr [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Dekabr 2021
30  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio