"Sabah"ın forvardı: "Qələbə hissini yenidən yaşamaq xoşdu" - FOTO

17:23 - 2 Noyabr 2021

“Sabah”ın hücumçusu Coy-Lens Mikkels şəxsi instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, Premyer Liqanın 9-cu turunda “Qəbələ”yə (3:1) qol vuran almaniya hücumçu həm komandasının çıxışı, həm də vurduğu qol haqda bu cür yazıb:

"Biz nəhayət meydanda və meydandan kənarda çəkdiyimiz zəhmətə görə mükafatlandırılırıq. Qələbə hissini yenidən yaşamaq xoşdu. Hələ çox işimiz var, amma biz düzgün istiqamətdə düzgün addımlar atırıq. Bir çox cəhdlərdən sonra klubum adına ilk qolumu vurduğuma görə xoşbəxtəm".

Xəbər xətti