Kiprdə qalib müəyyənləşmədi, "Qarabağ" tarix yazdı

23:43 - 4 Noyabr 2021

Bu gün Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri “Omoniya” və “Bazel” Kiprdə üz-üzə gəlib.

Sportal.az xəbər verir ki, Nikosiyada keçirilən matç 1:1 hesabı ilə başa çatıb.

Kiprdə qalib müəyyən olunmadığına, Almatıda isə "Qarabağ" "Kayrat"a qalib gəldiyindən təmsilçimiz avtomatik olaraq qrupdan çıxmağı özünə təmin edib.

Belədə, Ağdam klubu növbəti tarixi yazıb. Ağdam təmsilçisi Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsindən play-off”a çıxan ilk klub kimi adını tarixə yazdırıb. 

Xəbər xətti