"Səbail"in baş məşqçisinə və futbolçusuna ağır cəza verildi, klub 7200 manat cərimələndi

14:22 - 5 Noyabr 2021

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda bəzi qərarlar qəbul edilib. Qərara əsasən, “Səbailin futbolçusu Nikolas Rayseli 4 oyunluq cəzalandırıb. Buna fransalı hücumçunun səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın 9-cu tur matçında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəb olub.

 

Komandanın baş məşqçisi Aftandil Hacıyev isə həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq diskvalifikasiya edilib. Klub isə hər iki şəxsə görə ümumilikdə 7 200 manat cərimələnib.

 

Bundan başqa, oyun ərzində hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi klub 800 manat ziyana düşüb.

Xəbər xətti