Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq qarşılaşması və Qətərlə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Canni De Byazi 24 oyunçuya dəvət göndərib.
Millimiz noyabrın 11-də Lüksemburqu, 3 gün sonra isə Qətəri qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq hər iki görüş saat 21:00-da başlayacaq.
Qapıçılar: Mehdi Cənnətov ("Zirə"), Emil Balayev, Şahrudin Məhəmmədəliyev (hər ikisi "Qarabağ")
Müdafiəçilər: Maksim Medvedev, Bəhlul Mustafazadə Qarabağ, Azər Salahlı ("Keşlə"), Mert Çelik
("Neftçi"), Höccət Haqqverdi, Tellur Mütəllimov ("Sumqayıt"), Bəxtiyar Həsənalızadə, Amin Seydiyev ("Sabah"), Anton Krivotsyuk ("Visla" Plok, Polşa), Cəlal Hüseynov ("Zirə")
Yarımmüdafiəçilər: Qara Qarayev, Filip Ozobiç ("Qarabağ"), Çoşqun Diniyev ("Zirə"), Vüqar Mustafayev ("Sumqayıt"), Emin Mahmudov ("Neftçi"),
Hücumçular: Rüstəm Əhmədzadə ("Minay" Ukrayna), Namik Ələskərov ("Bursaspor" Türkiyə) Renat Dadaşov ("Tondela" Portuqaliya), Ramil Şeydayev ("Qarabağ"), Mahir Emreli ("Legiya" Varşava, Polşa), Araz Abdullayev ("Etnikos" Kipr).
saytlarin hazirlanmasi