“Keşlə”nin gürcü futbolçusu Merab Qiqauri Sportal.az saytına müsahibə verib:
- "Neftçi"yə qarşı oynadınız və qalib gəldiniz. Oyun sizin üçün necə alındı? Matçdan əvvəl sizi 1 xal razı salırdı, yoxsa qələbə üçün oynayırdınız?
- "Neftçi" ilə oyun maraqlı alındı. Bir o qədər də çətin oldu. Qələbə qazanmağımıza gəldikdə, onsuzda istənilən oyuna çıxanda maksimum nəticə üçün oynayırıq. Burada rəqibimizin kimliyinin fərqi yoxdu. "Neftçi" matçında da qələbə üçün oynayırdıq.
- Maraqlıdı, necə oldu ki, "come back" etdiniz? İlk yarının son dəqiqələrində və ilk yarının əvvəlində qol vurmağınız qələbə qazanmağınızda nə qədər önəmli rol oynadı?
- Əlbəttə ki, fasilə ərəfəsində qol vurmağımız bizə kömək oldu. Bunun özü artıq bizim üçün stimul idi ki, 2-ci yarıda da mübarizəyə davam edək və növbəti qolları vuraq.
- Çempionluq uğrunda mübarizə aparan komandaya qalib gəldiniz. “Neftçi” haqda hansı fikirdəsən?
- "Neftçi" güclü komandadı. Heyətində də çox güclü futbolçular var. Əlbəttə ki, onlara qarşı oynamaq çətin idi. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edirdik. Düşünürəm ki, "Neftçi" üzərində layiqli qələbə qazandıq.
- Maraqlıdı, “Keşlə” “Qarabağ”la 1:1 oynadıqdan sonra özünə gəlmişdi. “Neftçi” qələbəsindən sonra düşünmək olar ki, komanda artıq özünə gəlib?
- Doğrudu, biz çox xal itirdik. Məncə, biz yeni komandayıq, ona görə belə alındı. Kollektivdə yeni futbolçular çox idi. Amma biz oyundan-oyuna biz daha yaxşı oynayırıq. Hər şeyi də edirik ki, xal itirməyək.
- “Keşlə” hazırda 6-cı pillədədi. Hazırki pillə sizi razı salır, yoxsa daha da yuxarı pilləyə qalxmaq niyyətindəsiniz? Avrokuboklara vəsiqə qazanmağınız realdı?
- Əlbəttə, 6-cı pillə bizi razı salmır. Biz daha da yuxarıya yüksəlmək istəyirik. Avrokuboklara vəsiqə qazanmaq üçün əlimizdən gələni edirik. Təbii ki, bu da realdı. Çünki biz yaxşı komandayıq.