"Sumqayıt" ikinci transferini açıqladı

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” Vüqar Bəybalayevdən sonra daha bir futbolçunun keçidini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" son olaraq “Səbail”də çıxış etmiş yarımmüdafiəçi Elşən Abdullayevlə 2,5 illik müqavilə imzalayıb. 27 yaşlı oyunçu komandada “24” nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, 2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt”ın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. Abdullayev son klubu “Səbail”lə yanaşı “Neftçi”, “Qarabağ”, Zirə” və “Sabah” klublarında da çıxış edib.

 

23 yaşadək futbolçulardan ibarət yığma komandamızla 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Elşən Abdullayev U-17, U-19 və U-21 millilərimizin də uğurları üçün çalışıb.

Tarix: 12 Yanvar [16:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2022
27  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio