"Qəbələ”nin sabiq hücumçusu Aleksey Antonov Azərbaycandakı karyerasını xatırlayıb.
Sportal.az xəbər verir ki, ukraynalı bölgə klubundakı oyunları barədə bunları deyib:
“Roman Qriqorçukla birlikdə “Qəbələ”də çalışmışam. Mənə qarşı çox tələbkar idi. Oyunumu təhlil etməyə bir saat vaxt ayırırdı. Onunla Avropa Liqasında oynamışıq. Azərbaycan Premyer Liqası yaxşı turnirdi, hamı futbol oynamağa çalışır. Onlar yalnız əks-hücumlara arxalanaraq çox da dərin müdafiəyə qapılmırlar.
Azərbaycanlı futbolçular texnikalıdı və topla oynamağı sevirlər. Orada oynadığım zaman ən mənfi hal əksər meydançaların süni olması idi. Əksər sahələr belə idi.
Öncədən daha çox harada pul verirdilər, Azərbaycanda yoxsa Qazaxıstanda? Yəqin ki, Qazaxıstan idi”.
Ukraynalı veteran futbolçu 2016-cı ildə "Aktobe"dən "Qəbələ"yə keçmişdi.