Super Liqanın lideri yeni vingerlə gücləndi

17:50 - 14 Yanvar 2022

Türkiyə Super Liqasının lideri olan "Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Kasımpaşa"dan Yusuf Ərdoğanı transfer edib. 30 yaşlı vingerlə 3,5 illik müqavilə imzalanıb. Təcrübəli futbolçu illik 7 milyon TL maaş alacaq.

 

Qeyd edək ki, Yusuf Erdoğan "Kasımpaşa"ya 2019-cu ilin yayında "Bursaspor"dan keçib. O, cari mövsümdə İstanbul klubunun heyətində meydana çıxdığı 20 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti