"Şamaxı"dan 6 cavabsız qol - VİDEO

13:30 - 18 May 2022

Azərbaycan I Divizionunda mövsümün son turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Şamaxı-2" öz meydanında MOİK-i qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 6:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 44-ə yüksəldən "Şamaxı-2" mövsümü 2-ci pillədə başa vurub. 36 xal toplayan MOİK isə 6-cı olub.

 

“Şamaxı-2” 6–0 MOİK
Qollar: 
Samir Məmmədzadə, 17 (ö.q.); Tural Axundov, 31; Emin Quliyev, 45; Qurban Səfərov, 61; 70; 72

 

Xəbər xətti