"Roma" Konfrans Liqasından nə qədər qazandı?

Avropa Konfrans Liqasının qalibi olan "Roma"nın qazandığı məbləğ məlum olub.


Sportal.az xəbər verir ki, İtaliya təmsilçisi turnirin çempionluğuna görə 5 milyon avro mükafat əldə edib. "Canavarlar" finala qədər olan mərhələlərdə göstərdikləri nəticələrə görə də 10 milyon avro qazanıb.


Beləliklə Joze Mourinyonun rəhbərlik etdiyi komandanın Avropa Konfrans Liqasındakı ümumi gəliri 15 milyon avro olub.


"Roma"nın televiziya yayımından nə qədər qazanacağı isə önümüzdəki günlərdə məlum olacaq.

Tarix: 26 May [10:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio