"Araz-Naxçıvan" Premyer Liqadan futbolçu transfer edir

19:10 - 13 İyun 2022

Yeni mövsümdə I Dİvizionda mübarizə aparacaq "Araz-Naxçıvan" heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

 

Sportal.az saytının məlumatına görə, Muxtar Respublika təmsilçisi Premyer Liqadan futbolçu transfer edəcək. Naxçıvan klubu "Səbail"dən ayrılan müdafiəçi İbrahim Aslanlını heyətinə qatmaq istəyir. 26 yaşlı oyunçu ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

 

İbrahim Aslanlı "Səbail"ə 2021-ci ilin yayında "Zirə"dən keçib. O, son mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 9 matçda 1 qol vurub.

Xəbər xətti