"Aris"in baş məşqçisi: "Neftçi"də də vəziyyət bizdəki kimidir"

13:59 - 29 İyun 2022

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" mətbuat konfransı keçirib.

Sportal.az Limassol klubunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Aleksey Şpilevski "Neftçi"yə qarşı keçiriləcək oyunla bağlı danışıb:

"Neftçi"də də vəziyyət bizdəki kimidi. Onların da yeni baş məşqçisi var və mövsümə indi hazırlaşmağa başlayıblar. Bu mərhələdə matçlara 100 faiz hazır olmaq çətindi. Amma motivasiya var və tam hazır olmasaq belə, sona qədər mübarizə aparacağıq. "Neftçi" qarşısına son matçlar kimi çıxacağıq. Planımızda 2-3 futbolçu transfer etmək var".

Xəbər xətti