Şamaxıda sevinən Belarus klubu oldu

17:56 - 29 İyun 2022

UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin oyunlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, bu gün Şamaxı şəhər stadionunda keçirilmiş final qarşılaşmasında I qrupun qalibi Qazaxıstanın “Kaskelen” komandası ilə II qrupun qalibi Belarusun “Kolos” komandası üz-üzə gəlib.

 

Rəqibini 5:0 hesabı ilə məğlub edən “Kolos” komandası ilkin seçmə mərhələnin qalibi olub.

Xəbər xətti