Futbol üzrə Azərbaycan I Divizionunda III turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, "Neftçi-2" səfərdə "Səbail-2"nin qonağı olub. Qarşılaşma "ağ-qaralar"ın 3:2 hesablı qələbəsiylə başa çatıb.
3 turdan sonra 6 xal toplayan "Neftçi-2" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Səbail-2" isə 3 xalla 8-ci yerdədir.
"Səbail-2" – "Neftçi-2" - 2:3
Qollar: Vidadi Cəfərov, 18; 32-pen – Elton Əlibəyli, 44. Həbib İsmayılov, 50. Vüsal Əsgərov, 57.
saytlarin hazirlanmasi