İtaliya millisinin sabiq üzvü Andrea Ranokkya "Monza"dan ayrılıb.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, klub 34 yaşlı futbolçunun müqaviləsinə xitam verib. Buna səbəb isə futbolçunun zədələnərək uzun müddətə sıradan çıxmasıdı.
Minimum üç ay oynamayacaq təcrübəli futbolçunun bərpa prosesini keçib sıraya dönməsi də müəyyən vaxt aldığından A seriyasının təmsilçisi onu gözləməyə lazım bilməyib.
Ranoka yayda "İnter"dən "Monza"ya keçmişdi.