Rusiyalı məşqçi Andrey Çernışov UEFA Millətlər Liqasının 6-cı turunun Azərbaycan - Qazaxıstan oyunu ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, 54 yaşlı Bakıda maraqlı oyunun baş tutacağını deyib:
"Öz meydanında oynayan istənilən komanda rəqibinin adına baxmayaraq, qələbə qazanmaq istəyir. Təbii ki, Azərbaycan milli komandası da idmanın bu növünün ölkədə inkişafına böyük maliyyə vəsaiti ayrıldığı üçün qarşısına həmişə iddialı məqsədlər qoyur. Komanda həm də öz tamaşaçıları qarşısında qrupdakı ən güclü komandanı məğlub etmək istəyir. Düşünürəm ki, yaxşı görüş olacaq. Çünki azərbaycanlılar nəticə göstərməli və qrupda mümkün qədər yüksək yer tutmalıdırlar".
saytlarin hazirlanmasi