Futbol üzrə Azərbaycan I Divizionunda V turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Kəpəz-2" səfərdə MOİK-in qonağı olub. Qarşılaşma "hərbçilər"in 2:1 hesablı qələbəsiylə başa çatıb.
5 turdan sonra 11 xal toplayan MOİK turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Kəpəz-2" isə 1 xalla 14-cü yerdədir.
MOİK - "Kəpəz-2" 2:1
Qollar: Tural Nəsirov, 33, İlham Allahverdiyev, 83 - Zahid Mərdanov, 80
Qırmızı vərəqə: Mahir Həsənov, 85
saytlarin hazirlanmasi