Mərakeş millisinin üzvü "Liverpul"a keçir

21:13 - 7 Dekabr 2022

Mərakeş millisinin üzvü, “Fiorentina”nın yarımmüdafiəçisi Sofian Amrabat "Liverpul"a keçə bilər.

Sportal.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Mersisayd klubunun baş məşqçisi Yurgen Klopp mərakeşlini sərəncamında görmək istəyir.

Artıq almaniyalı mütəxəssis futbolçunun təmsilçiləri ilə görüşüb.

Onun xidmətində “İnter”, “Tottenhem” də maraqlıdır. 

​"Utrext", "Feyenoord", "Brügge", "Verona"da oynamış Amrabat 2020-ci ildən "Fiorentina"da oynayır.

Xəbər xətti