İstanbul klubu isveçli futbolçu ilə yollarını ayırdı

18:09 - 8 Dekabr 2022

Türkiyənin "Fatih Karagümrük" klubunda növbəti ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Cimmi Durmazla yollarını ayırıb. İsveçli yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Cimmi Durmaz 2020-ci ilin yayından "Fatih Karagümrük"də çıxış edirdi. 33 yaşlı futbolçu cari mövsümdə komandanın heyətində 14 matçda meydana çıxıb.

 

Qeyd edək ki, "Fatih Karagümrük" bir neçə gün əvvəl müdafiəçi Caner Erkinlə də yollarını ayırıb.

Xəbər xətti