"Real"ın aparıcı üzvü komandasına kömək edə bilməyəcək

16:12 - 4 Mart 2023

"Real"ın yarımmüdafiəçisi Luka Modriç həftəsonu "Betis"ə qarşı keçiriləcək matçda meydana çıxmayacaq.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, xorvatiyalı bu gün komanda ilə birlikdə məşq etməyib.

Futbolçunun ciddi zədəsi yoxdur. Sadəcə olaraq, baş məşqçi Karlo Ançelottinin Modriçə istirahət vermək istədiyi bildirilir. 

Xatırladaq ki, "Betis" - "Real" matçına sabah saat 00:00-da start veriləcək.

Xəbər xətti