"Real" "Milan"a göndərdiyi futbolçunu geri qaytaracaq

20:30 - 28 Mart 2023

"Real" icarə əsasında "Milan"da çıxış edən Braim Diasla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi icarə müddəti bitdikdən sonra 23 yaşlı yarımmüdafiəçini geri qaytaracaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. "Kral klubu" ispaniyalı futbolçunun müqaviləsini uzatmaq üçün də onunla danışıqlara başlayıb.

Qeyd edək ki, "Real" Braim Diası 2019-cu ilin yanvar ayında "Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü 2020-ci ilin yayından icarə əsasında "Milan"da çıxış edir. O, cari mövsümdə İtaliya klubunun heyətində meydana çıxdığı 31 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti