"Biz "Mançester Siti"yə gələndə ulduz deyildik"

15:21 - 25 May 2023

"Mançester Siti"nin qapıçısı Ederson hesab edir ki, "şəhərlilər"in əksər oyunçuları baş məşqçi Xosep Qvardiola ilə çiyin-çiyinə çalışaraq xeyli artıra bilib.

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan braziliyalı Erlinq Hollandın komandanın bu mövsümkü ulduzu olduğunu deyib:

"Komandamıza baxsanız belə nəticəyə gələ bilərsiniz ki, Holland kluba qoşulduğu zaman bütün xəbərlərdə gündəmə gələn yeganə oyunçumuz idi. O, mövsümün ulduzu idi. Mən, Aymerik Laport, Con Stounz, Ruben Diaş və Bernardo Silva kimi futbolçular komandaya gələndə ulduz deyildik. Biz Peplə daha yaxşı işləməyə başladıq, çünki o, hər bir oyunçudan maksimum yararlanmağı bacarır. Bu, şübhəsiz ki, onun güclü tərəflərindən biridir. Oyunçular Pepə inanır. O, çox tələbkardır, lakin eyni zamanda, bizə meydanda özümüz olmaq üçün sərbəstlik və inam verir. Onunla "Mançester Siti"də işləyərək artıran nə qədər oyunçu var".

Xəbər xətti