"Səbail" Mirabdulla Abbasovla yollarını ayırdı

21:16 - 7 İyun 2023

"Səbail" daha bir futbolçusu ilə vidalaşıb.

Sportal.az xəbər verir ki, "dənizçilər" Mirabdulla Abbasovla yollarını ayırıb. Bu barədə klubun saytı məlumat yayıb. 28 yaşlı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, "Səbail" Mirabdulla Abbasovu qış fasiləsində "Neftçi"dən transfer etmişdi.

Xəbər xətti