"Krasnodar" Maqomed-Şapi Süleymanovu Yunanıstan klubuna icarəyə verib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi “Aris”ə keçib.
Saloniki təmsilçisi 23 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürüb.Amma mövsümün sonunda Yunanıstan klubu futbolçunu transfer etmək hüququna malik olacaq.
Süleymanovun “Krasnodar”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Rusiya klubunun yetirməsi olan Maqomed “Giresunspor”, “Hapoel Beer-Şeva” klublarında icarə əsasında çıxış edib. Bir müddət əvvəl mətbuatda onun "Sabah"a keçə biləcəyi iddia edilirdi.
saytlarin hazirlanmasi