Kökçü oynadı, komandası bərabərə qaldı

09:51 - 16 Sentyabr 2023

Niderland birinci divizionun 6-cı turun bir sıra oyunları baş tutub.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” “AZ Alkmaar”ın ikinci komandası ilə qarşılaşıb.

Görüş heç-heçə başa çatıb (0:0).

Kökçü 78-ci dəqiqədə meydana daxil olub. Hazırda “Eyndhoven” 8 xalla 9-cu pillədədir.

Xəbər xətti