"Cəbrayıl" Qaxdan 3 xalla qayıdır - VİDEO

19:30 - 18 Sentyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında III tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Kürmük Qax" doğma meydanda "Cəbrayıl"ı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

3 turdan sonra maksimum nəticə göstərən "Cəbrayıl" turnir cədvəlinin II pilləsində qərarlaşıb. Bütün oyunlarda uduzan "Kürmük Qax" isə XII yerdədir.

"Kürmük Qax" - "Cəbrayıl" 0:3

Qollar: Əli Nəcəfli, 16, 20, Mübariz Hüseynzadə, 90+6

Xəbər xətti