"Neftçi" "Zenit"i məğlub etdi - YENİLƏNİB

22:59 - 18 Noyabr 2023

Bu gün "Neftçi" yoldaşlıq görüşünə çıxıb. 

Sportal.az xəbər verir ki, paytaxt klubu "Zenit"lə qarşılaşıb. 

"Neftçi Arena"da keçirilən qarşılaşmada "ağ-qaralar" rəqibini 2:1 hesabı ilə məğlub edib. 

Mövsümün əvvəlində "Neftçi" və "Zenit" klubları Sankt-Peterburqda keçirilmiş turnirdə qarşılaşmışdı. Həmin görüşü Rusiya çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. 

Yoldaşlıq oyunu

18 noyabr

"Neftçi" - "Zenit" 2:1
Qollar: Mirzov 9, 63- Du Queiroz 56

"Neftçi Arena"

Xəbər xətti