"Fənərbaxça" yayda transfer etdiyi hücumçunu icarəyə verdi

23:16 - 15 Yanvar 2024

"Fənərbaxça" hücumçusu Umut Nayırı icarəyə verib.

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" 30 yaşlı futbolçunu "Pendikspor"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü mövsümün ikinci yarısını icarə əsasında "Pendikspor"da keçirəcək.

Qeyd edək ki, "Fənərbaxça" Umut Nayırı mövsümün əvvəlində "Eyüpspor"dan transfer edib.

Xəbər xətti