Filip Ozobiçin mətbuat konfransı olacaq

19:42 - 21 Fevral 2024

"Neftçi"nin futbolçusu Filip Ozobiçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Sportal.az xəbər verir ki, fevralın 22-si saat 14:00-da “Neftçi Arena”da keçiriləcək tədbirdə yarımmüdafiəçi media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, Rusiyada “Spartak” (Moskva, 2010-2013), Xorvatiyada “Hayduk” (Split, 2012-2013) və “Slaven” (Belupo, 2013-2016) klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” (2016-2018) və “Qarabağ”da (2018-2023) forma geyinib. Yarımmüdafiəçi Azərbaycan çempionatının qalibi (2019, 2020, 2022, 2023) və ən yaxşı iki bombardirindən biri (2017) olub, Xorvatiya (2013) və Azərbaycan (2022) kubokunu başı üzərinə qaldırıb. Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 13 oyun keçirib, 1 qol vurub.

Xəbər xətti