Messi dubl etdi, "İnter Mayami" qazandı - VİDEO

11:34 - 3 Mart 2024

"İnter Mayami" MLS-də üçüncü turun matçına çıxıb.

Sportal.az xəbər verir ki, Lionel Messinin də formasını geyindiyi klub "Orlando Siti"ni qəbul edib və rəqibini 5:0 hesabı ilə məğlubiyyətə uğradıb. 

Argentinalı ulduz futbolçu bu görüşdə dublla yadda qalıb. "İnter Mayami"nin digər ulduz oyunçusu Luis Suarez də dubla imza atıb. 

"İnter Mayami" 3 turdan sonra 7 xalla liderdir.

Xəbər xətti