U-21 yığmamızın üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Obolon" Ukrayna çempionatında növbəti matçını keçirib.
Sportal.az xəbər verir ki, Nağıyevin komandası 22-ci turda "Şaxtyor"u qəbul edib.
Matç Donetks təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nağıyev meydana 80-ci dəqiqədə daxil olub. "Obolon" 13-cü pillədədir.
Ukrayna çempionatına isə 46 xalla "Şaxtyor" başçılıq edir.
saytlarin hazirlanmasi