İnzagi: "Barselona"nın gücünü bilirik"

19:18 - 5 May 2025

"İnter" UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında "Barselona" ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Milan təmsilçisinin baş məşqçisi Simone İnzagi matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. İtalyan mütəxəssis güclü rəqibə qarşı oynayacaqlarını bildirib:

"Çox keyfiyyətli bir rəqibə qarşı oynayacağıq. "Barselona"nın gücünü bilirik. Buna görə də komanda şəklində yaxşı performans göstərməliyik. Çempionlar Liqasında uğurlu mövsüm keçirdik. Önümüzdə çox vacib matç var. Bu qarşılaşmada yüksək tempdə və böyük istəklə oynayacağıq".

Qeyd edək ki, "İnter" - "Barselona" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk qarşılaşmada 3:3 hesablı bərabərlik qeydə alınıb.

Xəbər xətti