Bu gün axşam Azərbaycanın U-21 yığma komandası Portuqaliyanın qonağı olacaq.
Sportal.az xəbər verir ki, hazırlıq prosesi dünən Bakı vaxtı ilə gecə 22:30-da start götürüb. Saat 00:00-a qədər davam edən məşq prosesində yığma komandamızdakı əhval-ruhiyyənin yüksək səviyyədə olması sezilib.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv matçöncəsi son məşqini keçirib və bu gün keçiriləcək görüşə tam hazır vəziyyətdədir.
Portuqaliya – Azərbaycan qarşılaşması bu axşam Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Mirbağırağa, Barseluş(Portuqaliya)
saytlarin hazirlanmasi