"Barselona"nın futbolçusu İtaliya klubuna keçə bilər

13:10 - 27 Noyabr 2025

“Barselona”nın müdafiəçisi Andreas Kristensen karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi “Latsio”ya keçmək niyyətindədir.

Danimarka millisinin üzvünün “Barsa” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Kristensen “Çelsi”, “Borussiya”(Münhenqladbax) klublarının formasını geyinib.

“Latsio” İtaliya A seriyasında 18 xalla 8-ci pillədədir. 
 

Xəbər xətti