Eduard Məmmədov Əbu Dabidəki DÇ-də iki qızıl medal qazandı

10:55 - 28 Noyabr 2025

Azərbaycanın kikboks üzrə dünya və Avropa çempionu Eduard Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə keçirilən WAKO versiyası üzrə dünya çempionatında iki qızıl medal qazanıb.

Sportal.az xəbər verir ki, "Master Class" kateqoriyasının "Light Contact" və "Kick Light" növlərində çıxış edən idmançı 63 kq-da hər iki versiya üzrə çempion olub.

O, "Light Contact" növündə Böyük Britaniyadan Sinq Qurmare, Portuqaliyadan Kortes Emanuel, İtaliyadan Simone Kaloqero, "Kick Light" növündə isə İsveçdən Alvarsson Ola, Kanadadan Qallant Benjamin və İtaliyanı bu növdə də təmsil edən Simone Kaloqeronu məğlub edib.

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti bununla karyerası ərzində WAKO üzrə 10-cu dəfə dünya çempionu adına yiyələnib.

Xəbər xətti