Azərbaycan milli komandasının da formasını geyinmiş Emil Mustafayev bu yay “Sumqayıt”a keçməli olsa da, Ukraynadan ayrıla bilməməsinə görə transferi reallaşmamışdı. Hazırda Ukraynanın “Polessye” klubunda məşq edən Mustafayevin qışda “Sumqayıt”a keçib-keçməyəcəyi hələ ki dəqiq deyil.
Sportal.az saytına verilən məlumata görə, 24 yaşlı futbolçuya Premyer Liqanın daha 2 klubundan maraq var.
“Aleksandriya” yetirməsi olan Emil 2023-cü idlə “Polessye”yə keçib.
Onun Jitomir təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
