"Sabah"dan ayrılan futbolçu bu klubla anlaşdı - RƏSMİ

21:06 - 12 Fevral 2026

“Zirə” yeni futbolçuyla anlaşıb.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Anatoli Nuriyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, milli komandamızın da üzvü olan Nuriyev daha əvvəl Ukraynanın “Hoverla”, “Munkaç”, “Seredniye”, “Stal”, “Minay”, “Kolos”, ölkəmizdə isə “Sumqayıt”, və “Sabah” klublarında çıxış edib.


Xəbər xətti