"Zirə" futbolçusunu icarəyə göndərib.
Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisinin futbolçusu Yeqor Boqomolski "Ural"da oynayacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçu sonradan transfer etmək hüququ da daxil olmaqla cari mövsümün sonuna kimi Rusiyanın “Ural” klubunda çıxış edəcək.

