Hüseyn Cəbrayıloğlu: "Ancaq öz oyunumuzla cavab verəcəyik"
“İsrailə gedəndə əlavə şeylər lazım olur. Çox uzun proseduradı. Ona görə bir az əziyyətli olur”.
Bu sözləri Sportal.az-a açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. O, komandanın İsrailə buraxılmaması məsələsinə aydınləq gətirib:
“Heç bir problem yoxdu. Axşamı gözləyirik. Saat 19:00-da uçmalıyıq. Hələ ki, hər şey qaydasında gedir. Bir problem olsa, mətbuata məlumat verərik. Bizimlə az sayda azarkeş qrupu gedəcək, çox olmayacaq. Bu gün Təl-Əvivə birbaşa reys var. Çalışacağıq ki, o reysə bilet alıb rahat gedək. Təl-Əvivdən də Hayfaya avtobusla gedəcəyik.
Komandanın Tofiq Bəhrəmov adına respublika stadionunda məşqi oldu. Saat yarım çox ağır məşq keçdi. Toşak futbolçuları yüklədi. Oyunçuları bir xeyli qaçırtdı. Ondan sonra komanda otelə yollandı. Saat 16:30-da hava limanına yola düşəcəyik. Zədəli futbolçu yoxdu. Hər şey qaydasındadı. Qırmız alan futbolçular da bizimlə birlikdə Təl-Əvivə gedəcək”.
Hüseynoğlu Marin Orsuluçin oynayıb-oynamayacağına da aydınlıq gətirib:
“UEFA-nın qaydalarına görə 3 sarı vərəqədən sonra futbolçu bir oyun buraxır. Orsuliçdə isə iki vərəqədi. Ona görə də “Makkabi” ilə oyunda oynaya biləcək.
“Makkabi”nin oyunçusu “Xəzər Lənkəran”ı tanımadığını deyib. Cəbrayıloğlu isə futbolçunun bu açıqlamasına belə cavab verib:
“Tanımırsa, tanımasın. İnşallah, oyunda tanışarıq. Yaxşı oynayarıq, onlara özümüzü tanıdarıq. Başqa nəsə edəsi deyilik, ancaq öz oyunumuzla cavab verəcəyik. İnanıram ki, yaxşı nəticə ilə Azərbaycana qayıdacağıq”.
saytlarin hazirlanmasi