"Xəzər Lənkəran"ın baş məşqçisi Türkiyə mətbuatına danışdı
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak Türkiyənin “Cihan” agentliyinə açıqlama verib.
Sportal.az xəbər verir ki, uelsli mütəxəssis əvvəlcə “Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsindəki rəqibi olan İsrailin “Makkibi” (Hayfa) komandası haqda danışıb.
“Makkabi”nin ciddi rəqib olduğunu deyən Toşak, bununla belə ikinci mərhələyə keçmək gücündə olduqlarını söyləyib. “İsrailə səfər öncəsi komandada müəyyən problemlər var. Futbolçular oyuna tam hazır deyil. Buna da səbəb mövsümün yenicə bitməsidir. Ancaq səfərdə uğurlu nəticə qazana bilsək, öz meydanımızda möhtəşəm azarkeş dəstəyi ilə mərhələni keçə biləcəyik”.
Bir vaxtlar “Beşiktaş”ın baş məşqçisi olmuş Toşak “Xəzər Lənkəran”ın iyulun 21-də “Fənərbaxça” ilə keçirəcəyi yoldaşlıq görüşünə çox ciddi hazırlaşdığını söyləyib. O, türk klublarından keçmiş komandası olan “Beşiktaş”a azarkeşlik etdiyini bildirib: ”Qalatasaray” özəl, “Fənərbaxça” gözəl komandadır, amma ən böyük “Beşiktaş”dır. Bir vaxtlar “Beşiktaş”da çalışdığım üçün xoşbəxtəm. “Real”dan təklif almasaydım, Türkiyədə daha çox qalmaq istəyərdim”.
saytlarin hazirlanmasi