"Araz" olsa, Naxçıvana gedəcəyik, olmasa, getməyəcəyik"

14:32 - 16 İyul 2013

Rüfət Quliyev: "Etirazımızı bildirə bilərik, amma nəsə dəyişə bilər?"
 
“Bu qərarla bağlı nə deyə bilərik. Burda 30 yaxın 26-28 oyun oynayırıq. Onlar isə Naxçıvanda 10 oyun oynayıb, çempion olub pley-offla çıxmaq istəyirlər”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında I divizionda çıxış edən “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev deyib. O, növbəti mövsümdən I diviziondan bir komandanın yüksək liqaya vəsiqə qazanacağı qərarına və “Araz”la bağlı məsələyə münasibət bildirib:
 
”Əgər iki komanda yüksək liqaya çıxsaydı, I divizionda birinci yer tutan birbaşa əsas elitaya gedərdi. İkinci yer tutan isə Naxçıvanın qalibi ilə pley-off oynayardı. Onda nəsə etmək olardı. Premyer Liqaya vəsiqə qazanmaq üçün onlar gərək I diviziondan çıxış edib getsin ora. Mən sadəcə bunu deyə bilərəm. Əlbəttə, etiraz edə bilərəm. Düzdü, mənim etirazıma heç kim baxan və qəbul edən deyil. Amma bu, mənim öz şəxsi fikrimdi. Çempionatda iştirak edib, qalib olub getməlidi. Orda 5 oyun oynayıb gəlib çıxacaq pley-off oyununa. Qalib olacaq, ya məğlub olacaq onu bilmək olmaz. Amma bizim burdakı yolumuz onlardan qat-qat üstün olur. Nisbətən baxanda səviyyəsi də tamamilə ayrıdı. Bizdə çıxış edən komandaların siyahısı 14 dənədi. Onlarda çıxış edən komandaların siyahısı 6 dənədi. Bəlkə də o komandalar 6 dənə deyilsə hələ. Bir komandası ordan çıxıb gələcək pley-off oynamağa. Sonra da çıxacaq yüksək liqaya. Əgər elə bir qərar çıxarılsa, biz razılaşmaya bilmərik. Çünki ali qurumumuz qərar çıxarıb, biz də razılaşmalıyıq. Başqa nə yolumuz var ki? Etirazımızı bildirə bilərik. Amma nəsə dəyişə bilər? 
 
Amma fərqi yoxdu. Biz futbol oynayırıq. Hazırlaşırıq ki, hər oyundan-oyuna qələbə qazanaq. İndi “Araz” olsa, Naxçıvana gedəcəyik. Olmasa, getməyəcəyik, burda başqa bir problem yoxdu. Necə qərar versələr, biz də ona tabe olub işimizi görəcəyik".

Xəbər xətti