Mirel Yosa: "Neftçi" ilə oyun həm bizim, həm də Albaniya futbolu üçün çox vacib oyundu
Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyunu öncəsi mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, çalışdırıcı jurnalistlər önündə “Neftçi” ilə baş tutacaq oyunu dəyərləndirib:“Bu, həm bizim, həm də Albaniya futbolu üçün çox vacib oyundu. Son üç ildə ölkə çempionu oluruq. Bu mövsüm avrokuboklarda da uğur qazanmaq, mərhələ keçmək istəyirik. Başa düşürük ki, asan olmayacaq. Amma biz “Neftçi”dən də güclü komandalara qarşı oynamışıq. Avstriya toplanışı zamanı komandanızın oyunlarını görmüşük. Amma mənə elə gəlir ki, sabah “Neftçi” tamamilə fərqli futbol nümayiş etdirəcək”.
saytlarin hazirlanmasi