"Biz öz oyunumuzu göstərə bilsək, ..."

16:03 - 17 İyul 2013

Riçard Almeyda: ""Metallur"la müqayisədə, onlar daha güclü çempionatda mübarizə aparırlar"

 

"Biz öz ilk oyunu öz evimizde oynayırıq. Buna görə də düşünürəm ki, biz qələbə qazanacağıq. Polşa komandası "Pyast" güclü komandadır".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda deyib. Almeyda növbəti mərhələyə məhz, "Qarabağ"ın keçəcəyini bildirib;

 

"Metallur"la müqayisədə, onlar daha güclü çempionatda mübarizə aparırlar, amma biz də zəif deyilik. İnanıram ki, iki oyunun nəticəsinə görə, məhz növbəti mərhələyə yüksələn komanda "Qarabağ" olacaq. Biz öz oyunumuzu göstərə bilsək, Avroliqanın III təsnifat mərhələsində oynayacağıq".

Xəbər xətti