Zohair Benouahi: "Makkabi" güclü olsa da..."MÜSAHİBƏ

18:18 - 17 İyul 2013

"...biz də zəif komanda deyilik"
 
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Zohair Benouahinin Sportal.az saytına müsahibəsi
 
- İsraildə məşqlər necə gedir?
- Hər şey normaldır. Məşqlərimizi edib oyuna hazırlaşırıq. Komandada əhval-ruhiyyə də əladır. Biz səbrsizliklə oyunu gözləyirik.
 
- “Makkabi” “Sliema” ilə müqayisədə daha güclü komandadır. Baş məşqçi Con Toşak sizə bu barədə nə deyib?
- Baş məşqçimiz komandaya inanır. “Sliema” başqa komandadır, “Makkabi” başqa. Hər oyunun öz ab-havası var. İnanırıq ki, hər şey bizim üçün yaxşı olacaq. Burdan sərfəli nəticə ilə geri dönəcəyik.
 
- Hamı “Makkabi”nin “Xəzər Lənkəran”dan ikiqat güclü olduğunu deyir. Sizə çox çətin olmayacaqki?
- Əlbəttə, “Makkabi” güclü komandadır. Amma bu o demək deyil ki, “Xəzər Lənkəran” zəifdir. Biz güclüyük. Meydanda əlimizdən gələnin ən yaxşısının edəcəyik. Azarkeşlərimiz bizə güvənir. Biz bu inamı doğrultmağa, İsraildən sərfəli nəticə ilə dönməyə çalışacağıq.
 
- Yəni inanırsan ki, iki oyunun nəticəsində mərhələ adlayacaqsız?
- Əlbəttə. Biz ilk növbədə özümüzə güvənməliyik. Təbii ki, bizdə güvən olmasa, növbəti mərhələ də olmaz.
 
- “Xəzər Lənkəran” “Sliema” ilə hər iki oyunda zəif əsir bağışladı. Bu oyunla “Makkabi”ni udmaq bir az çətin görünür...
- Düzdü, biz həmin oyunlarda elə də yaxşı oynamadıq. Amma zəif deyilik. Sadəcə bizim bir neçə yeni futbolçulara ehtiyacımız var. Əgər lazım olan futbolçular da komandaya gəlsə, o zaman çox güclü olacağıq.
 
- Belə demək olar ki, Nildo komandada yeganə hücumçudur. Yeni forvarda ehtiyac var?
- Bu barədə baş  məşqçimiz ətraflı danışa bilər. 
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti