"Çalışacağıq ki, rəqibi cərimə meydançamıza buraxmayaq" VİDEO

20:31 - 17 İyul 2013

"Onların hündürboy futbolçuları var"

 

"Yaxsı komandaya qarşı oynayırıq. Çətin oyun olacaq. Rəqib kopleksləşmiş bir komandadır. Onlar meydanda pressinq etməyə başlayırlar. Müdafiəni bizim cərimə meydancamızda başlayırlar".

 
Sportal.az xəbər verir ki, bu sözləri "Piast"la oyun öncəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Rəqibin yaxşı müdafiə olunduğunu deyən təcrübəli çalışdırıcı fikrini belə izah edib:
 
"Düşünürəm ki, düzgün oyun qurub calışmalıyıq ki, buradakı oyunu itirməyək. Azarkeşlərimiz üçün yaxşı oyun olacaq. Tam fərqli komadalardı. “Metallurq”la istədiyimiz oyunu qurmuşduq. Bu gün “Piast”a qarşı hər şeyi həll etmişik. Bir dənə o qalıb ki, futbolçularım verilən tapşırıqı yerinə yetirsin. Haradasa düzdü ki, hər şey cavab oyununda bəlli olacaq. Məğlub olsaq belə , bu o demək deyi ki, gedib rəqib meydanda nə edəcəyik. Biz onların oyunlarına baxmışıq. Deyirlər ki, çoxlu azarkeş kütləsinə malikdirlər. Bizi orada da bura da cətin oyunlar gozləyir. Amma onu deyim ki, hər şey cavab oyununda bilinəcək. Texnika ve taktika yoxdursa, heç kimi üstələyə bilməzsən. Bu gün polşa futbolu avropada öz fiziki gücünün çox olması ilə tanınır. Futbolda yeniliklər axtarirlar. İnanmıram ki, fiziki cəhətdən onlara məğlub olarıq. Onların hündürboy futbolçuları var. Çalışacağıq ki, onları cərimə meydançamıza buraxmayaq. Onların hündürboy futbolçuları var və onları zərərsizləşdirmək lazımdır. hər birimiz havaya uyğunlaşmışıq. Bir tərfdən də bəzi klublar özləri ilə yeməklərini bir yerdə aparırlar. Başqasının nəsə deməyi bizim üçün elə də vacib deyil. Əsas odur ki, biz öz əməlimizlə bunların necə olduğunu göstərək. Özüm heyəti tam formalaşdırmışamsa, bu barədə heç kimə heç nə demirəm. Heyətlə baglı ciddi probləmimiz yoxdur. Hər şey qaydasındadır. Hər bir oyuna fərqli stildə çıxa bilərik. Amma bu halda ciddi dəyişiklik olmayacaq. Gelaşvili ilk oyunda özünü doğrultdu. Qol vurmadi, amma biz onun qarşılığını yaxın günlərdə görəcəyik".
 

Xəbər xətti