"Biz bu mərhələni keçəcəyik"
"Mənim iddiam olduğu kimi qalır. Mən bu gün 0:0 oynamışamsa, Baxın görün bu "Skenderbeu" hansı cəhətdən üstündür".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Skenderbeu" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib. Təcrübəli çalışdırıcı 0:0 hesabı ilə başa çatan oyunu dəyərləndirərkən bu sözləri deyib:
"Albanlar futbol oynamırdılar. Onlar meydanda "qospital" açmışdılar. Mən öləm ki, mənim iddiam yığışa. Mən komandamı çalışdırırkən fiziki hazırlığı həmişə normal olub. Bizim komandada oyunçular arasında problem yoxdu. Ötən mövsüm APOEL-lə də evdə 1:1 oynamışdıq. Amma səfərdə 3:1 hesabıyla qalib gəldik. Biz bu mərhələni keçəcəyik. Daha sonra növbəti mərhələ barədə də düşünəcəyik".
saytlarin hazirlanmasi